Azərbaycan püşkatmaya 4-cü "torba"dan qatılacaq - AVRO-2024-də səbətlərin tərkibi

28 Sentyabr 11:20 Milli komanda 1 978
Azərbaycan püşkatmaya 4-cü "torba"dan qatılacaq - AVRO-2024-də səbətlərin tərkibi

UEFA Millətlər Liqasının qrup oyunlarından sonra 2024-ci ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində səbətlərin tərkibi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi püşkatmaya 4-cü torbadan qatılacaq.

Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya

1-ci səbət: Portuqaliya, Macarıstan, Belçika, Danimarka, Polşa, İsveçrə;

2-ci səbət: Çexiya, Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya, Serbiya, Finlandiya;

3-cü səbət: Ukrayna, Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro, İslandiya, Albaniya, Norveç;

4-cü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya, Kosovo, Bolqarıstan;

5-ci səbət: Kipr, Slovakiya, Şimali İrlandiya, Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova;

6-cı səbət: Andorra, Lixtenşteyn, San Marino.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək.

10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.

Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək. Almaniya AVRO-2024-ə ev sahibliyi edəcəyi üçün, Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən püşkatmada iştirak etməyəcək.

Xəbər Lenti
6 Dekabr 03:50 GÖZƏL futbol - FOTOLAR