"Heç kimdən qorxmaq lazım deyil, kifayət qədər yaxşı iş görmüşük"

28 Sentyabr 2022 13:20 Milli komanda 833
"Heç kimdən qorxmaq lazım deyil, kifayət qədər yaxşı iş görmüşük"

Qazaxıstan yığmasının yarımmüdafiəçisi Ramazan Orazov yerli mətbuata müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı orta sahə oyunçusu komandasının Millətlər Liqasının qrup mərhələsində Azərbaycana 0:3 hesabı ilə məğlub olduğu son tur matçını dəyərləndirib.

- Bakıdakı nəticəni bir kənara qoysaq, qrupdakı ümumi nəticə sizi qane edir?
- Hesab edirəm ki, komandanın hər bir üzvü ümumi nəticədən razıdır. Qrupda kifayət qədər yaxşı iş görmüşük.

- AVRO-2024-ə vəsiqə uğrunda Gürcüstan, Türkiyə və Yunanıstanla mübarizədə şansları necə görürsünüz?
- Burada cütlüklər bir oyundan ibarət olur. Hər şey öz əlimizdədir, matçlara yaxşı köklənəcəyik. Təbii ki, bu böyük şansdır, hər kəs arzusunu reallaşdırmaq üçün səy göstərəcək. Heç kimdən qorxmaq lazım deyil.

- Azərbaycana 0:3 hesablı məğlubiyyətdə Nurali Alipin qırmızı vərəqə alması həlledici oldu?
- Həmin ana qədər hesab 0:0 idi. Təbii ki, azlıqda çıxış etmək çətindir, xüsusən də, bu səviyyədə. Üstəlik, Belarusla matçdan cəmi iki gün keçmişdi. Oyun hədəfə doğru gedirdi. Qırmızı vərəqədən sonra işimiz çətinləşdi.

- “Çayka”da olanda Maqomed Adiyev sizə çox şans verməsə də, millidə etibar edir. Bunu nə ilə izah etmək olar?
- Çətin dövr idi, o vaxt uyğunlaşmaq üçün kifayət qədər vaxt yox idi. Millidə isə ilk məşqdən sonra çox şey aydın oldu. Nəhayət ki, Azərbaycanla ilk oyundan sonra məndə özünəinam yarandı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"