Bu gün mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatında 1/4 final oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma turnirə ev sahibliyi edən Slovakiya ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
AÇ-nin startı ərəfəsində - iyunun 2-də Slovakiya ilə yoldaşlıq görüşü keçirən yığmamız rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.
Meydan sahibləri 1/8 finalda Gürcüstanı 2:0 hesabı ilə üstələyib. Azərbaycan isə bu mərhələdə İsrayili məğlubiyyətə uğradıb - 3:0.

