Milli komandanın iki simasından YENİ XƏBƏR var

8 İyun 2022 22:20 Milli komanda 1 320
Milli komandanın iki simasından YENİ XƏBƏR var

Azərbaycan milli komandasının zədəli müdafiəçiləri - Maksim Medvedev və Bədavi Hüseynovun son durumları ürəkaçandır.

Bu barədə Sportinfo.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib.

SİTAT: "Hər iki müdafiəçinin də vəziyyəti yaxşıdır. Zədə ilə bağlı heç bir problemləri yoxdur. Baş məşqçi şans verəcəyi halda Slovakiya millisi ilə oyunda meydana çıxa bilərlər".

Maksim Medvedev Millətlər Liqasının ikinci turunun Belarusa qarşı matçın 65-ci dəqiqəsində zədələnərək yerini Qismət Aliyevə verməli olmuşdu.

Bədavi Hüseynov isə Qazaxsıtanla görüşün 79-cu dəqiqəsində yerini Toral Bayramova verməli olmuşdu. Baş məşqçi Canni De Byazi ikinci görüşdə Hüseynovun xidmətinə ehtiyac duymamışdı. O, hətta 18-likdən kənarda qalmışdı.

Azərbaycan - Slovakiya görüşü 10 iyun, saat 20:00-da "Dalğa Arena"da keçiriləcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti