Yığma üzvlərinə ÇAĞRIŞ: "Mübarizədən vaz keçmək olmaz"

8 İyun 2022 09:40 Milli komanda 1 095
Yığma üzvlərinə ÇAĞRIŞ: "Mübarizədən vaz keçmək olmaz"

"Milli komandanın oyunun izlədim. Komandamız oyuna pis başlamadı. Hər an qol vura bilərdi, amma rəqibin də belə şansları yetəri qədər oldu. Təəssüf ki, sonda müsbət nəticə olmadı. Hər halda qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıram".

Bunu Sportinfo.az-a açıqlamasında millimizin Millətlər Liqasındakı oyunu haqqında danışan Ruslan Qurbanov deyib.

Sabiq milli üzvü düşünür ki, ilk iki oyundakı uğursuzluğa rəğmən hələ heç nə itirilməyib: "Mübarizədən vaz keçmək olmaz. Hər şey hələ qabaqdadır. İnanıram ki, uşaqlar bizi sevindirəcək. Futbol ictimaiyyətinin və azarkeşlərin çoxsaylı tənqidin başa düşürəm. Amma ən yüksək yeri tutmaq üçün hələ çox çalışmaq lazımdır".

Qurbanov sonda baş məşqçisi Canni De Byazinin millidə uğur qazana bilmək perespektivinə də qısaca toxunub: "Madam ki, AFFA rəhbərliyi De Byaziyə güvənir və inanırlar, mən də ona inanmaq istərdim. Amma hər şeyi zaman göstərəcək".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti