Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi ilk qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, yığmamız B qrupunda İspaniyanı 5:1 hesabı ilə darmadağın edib.
Komandamız 10, 27, 43, 46 və 48-ci dəqiqələrdə fərqlənib. Rəqib yalnız 40-cı dəqiqədə fərqlənməyi bacarıb.

