Finlər yığmamıza böyük hesabla qalib gəldi

7 İyun 2022 19:00 Milli komanda 793
Finlər yığmamıza böyük hesabla qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Helsinkidəki eyniadlı stadionda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 0:3 hesablı məğlubiyyəti ilə bitib.

48-ci dəqiqədə Musa Qurbanlı penaltidən yararlana bilməyib. Rəqibin qollarını 50-ci dəqiqədə Naatan Skutta, 55-ci dəqiqədə Oliver Antman və 79-cu dəqiqədə Aqon Sadiku vurub.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran Finlandiya A qrupunun lideri olan Xorvatiyaya çatıb.

Azərbaycan yığması isə 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda növbəti matçını iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

Finlandiya – Azərbaycan 3:0
Qol: N.Skitta, 50. O.Antman, 55. S.Aqon, 79.
Hakimlər: Jasmin Sabotiç, David Mateus Santos, Dani Dias Balsa, Jeremi Müller (hamısı Lüksemburq).
“Helsinki Football Stadium”.

Finlandiya: 1. Sinisalo Viljami, 2. Hyvarinen Juho, 4. Tihi Robin, 7. Oliver Antman, 10. Naatan Skitta, 11. Keskinen Topi, 13. Adam Mathiev, 15. Ville Koski, 16. Hannola Petteri, 19. Kai Meriluoto, 21. Rale Matias.
Ehtiyat oyunçular: 23. Berqstrom Edvard, 3. Hamalainen Taneli, 5. Vainionpaa Matias, 8. Nurmi Noah, 9. Sadiku Aqon, 17. Katz Kalle, 18. Hakans Daniel, 20. Terho Kasper, 22. Tauriainen Julius.
Baş məşqçi: Juha Malinen

Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 14. Fərid Yusifli, 16. Elçin Mustafayev, 18. Abdullah Xaybulayev, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1.Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkbərov, 8. Səbuhi Abdullazadə, 10. Asim Əlizadə, 17. Rüfət Abdullazadə, 20. Emil Səfərov, 21. İsmayıl Zülfüqarlı, 23. Rüfət Əhmədov.
Baş məşqçi: Milan Obradoviç

Xal durumu: Xorvatiya – 19, Finlandiya – 19, Norveç – 18, Avstriya – 16, Azərbaycan – 7, Estoniya – 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti