“Yaxşı ki, qapıda Şahruddin var idi, müdafiədə yenə etibarlı oynamadıq”

8 İyun 2022 23:20 Milli komanda 1 851
“Yaxşı ki, qapıda Şahruddin var idi, müdafiədə yenə etibarlı oynamadıq”

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunusoğlu Sportinfo.az-a açıqlama verib.

O, Azərbaycan millisinin Millətlər Liqasının ikinci turunun Belarusla bərabərə bitən (0:0) matçını dəyərləndirib:

"Qazaxıstanla oyuna baxanda Belarusa ilə oyunda millimiz nisbətən yaxşı oynadı. Sürətli hücümlara çıxırdıq, təhlükli vəziyyətlər yaradırdıq və qapıya zərbələr vardı.

Təəssüflər olsun ki, yenə çillimiz qol vura bilmədi. Müdafiədə isə yenə etibarlı oynamadıq. Yaxşı ki, qapıda Şahruddin var idi.

O, bu oyunda komandamızın ən yaxşısı idi. Və deyərdim ki, indiki Belarus millisi çox zəif təsir bağışladı.

Məncə, indiki halda hətta San-Marino onlardan güclüdür. Belə rəqiblə oyunda da milllimizin müdafiədə kobud səhvlər buraxması çox üzücüdür.

Növbəti matçda slovakiyalı oyunçular belə səhvləri bağışlamayacaqlar".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti