Azərbaycan bu qələbə ilə pley-offa vəsiqəni təmin etdi

7 İyun 2022 13:40 Milli komanda 1 987
Azərbaycan bu qələbə ilə pley-offa vəsiqəni təmin etdi

Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub.

Bu nəticədən sonra milli qrupda xallarının sayını 6-ya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.

Yığma ilk turda Rumıniya kollektivinə 0:2 hesabı ilə uduzub, ardınca İspaniyanı 5:1 hesabı ilə yenib. Qrupun digər matçında İspaniya Rumıniya ilə görüşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti