"QORXAQSIZ…" - Millinin futbolçuları De Byaziyə niyə antipatiya bəsləyir?

7 İyun 2022 11:40 Milli komanda 1 592
"QORXAQSIZ…" - Millinin futbolçuları De Byaziyə niyə antipatiya bəsləyir?

Vəziyyət ümumən pisdir millidə.

Canni De Byazi burada hamını yorub, əldən salıb, bezdirib.

Ötən ilin dekabrında AFFA ilə müqaviləsini 10 ay müddətinə yeniləyən baş məşqçi yaxşı başa düşür ki, bu izdivacın ömrü uzun sürməyəcək, yolun sonu görünməkdədir.

Bu həqiqəti yalnız italiyalının özü anlamır. Futbolçuların özləri də 65 yaşlı qocanın gün saymasını sezməkdə, hiss etməkdədir.

De Byazi onları rəsmən incidir. Verdiyi məşqlərdə, yerli-yersiz «yükləmələr»lə, məşqin ortasında və kənarda açılamaqla, ələ salmaqla. Bu, medalın görünməyən üzüdür.

İtalyanın Qazaxıstan və Belarusla oyunlarda meydana buraxdığı əsas «11-lik» ilk baxışdan təəccüblü görünə bilər. Eynən futbolçuları öz mövqelərində deyil, fərqli amplualarda sınaması kimi.

O, eksperment aparmır. İki ildən artıqdır vəzifə başındadır, qurtarmadı laborotoloji çalışmalar? Çoxdan qurtarıb, lap çoxdan. De Byazi, sadəcə, acıq çıxır.

Elə edir ki, vaxtından əvvəl, Millətlər Liqasının seçmə mərhələsinə yekun vurulmamış onu yola salsınlar. Açığı, De Byazi uğursuz DÇ-2022-nin seçmə mərhələsindən sonra AFFA-nın onunla müqaviləni uzadacağını gözləmirmiş

Aldığı təklifə çox təəccüblənibmiş və heyrət içində həmin sənədə qol çəkibmiş. Düşünürmüş ki, mundialın «ələmələr»i bitən kimi AFFA-ya çağırılaraq, bu sözləri dinləyəcək: «Sən sağ, biz salamat».

Azərbaycana gələnə kimi son 3 ili işsiz-gücsüz keçirən italyanın bundan sonra gedəcəyi tək yer nəvələrinin yanıdır. Ölkəmizdə qazandığı 1,5 milyon avro nəinki ailəsini, nəvələrinə, yeddi arxa dönəninə bəs edəcək.

Törəmələri ondan nağıl danışmasını istəyəndə, uğursuz olduğu halda, bu qədər pulu zorla onun cibinə dürtən azərbaycanlı futbol funksionerlərinin axmaqlığını yadına salaraq güləcək, güldürəcək. Berti Foqts və Nikola Yurçeviç kimi.

… De Byazi Qazaxıstana 0:2 hesablı məğlubiyyətdən sonra futbolçularını aşağılayıb. «Qorxaqsız…» kimi bir ifadə işlədib.

İtalyan ondan AFFA rəhbərliyinə şikayət edənləri tapıb üzə çıxaracağını söyləyib.

Olubmu belə bir hal? Baş məşqçiyə xəbəri doğru çatdırıblar. Narazılar var, özü də çoxdur.

Demək olar əksər futbolçular anti-De Byazi koalisiyasında birləşiblər. Elələrinin adını çəkə bilərik, hansılar ki, onları AFFA rəsmiləri dilə tutub, meydana çıxmamaq fikrindən döndərib,

Baş məşqçi «inkişaf edirik» deyəndə, güman iki, elə buna eyham vurur. Öz aramızdır, oyun planında götürsək, hansı inkişafdan söhbət gedə bilər ki?

Kor kor, gör gör – De Byazinin komandası voleybol oynayır, basketbol oynayır, tennis oynayır, amma futbol oynamir.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti