"Azərbaycan millisini təəccübləndirə bilmədik"

7 İyun 2022 01:50 Milli komanda 1 492
"Azərbaycan millisini təəccübləndirə bilmədik"

"Matça niyə belə əsəbi başladığımızı bilmirəm.

Bərabərlik ədalətli nəticədir. Biz rəqibi heç nə ilə təəccübləndirə bilmədik".

Sportinfo.az xəbər verir ki, bunu Belarusun baş məşqçisi Georgi Kondratyev Serbiyada Azərbaycan ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis hücumçularından razı qalmadığını bildirib:

"Biz qol vura bilmiirk. Azərbaycan millisi texnikalı komandadır. Topla yaxşı çıxış edirlər. Ötənilki qarşılaşma ilə indiki arasında o qədər də böyük fərq görmədim".

Kondratyev Azərbaycan Premyer Liqasını Belarus çempionatı ilə müqayisə edib:

"Bizim çempionatın tempi sizin Premyer Liqaya baxanda elə də yüksək deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti