De Byazi bu sözlərlə güldürdü: "Komanda kimi inkişaf edirik"

7 İyun 2022 01:00 Milli komanda 1 116
De Byazi bu sözlərlə güldürdü: "Komanda kimi inkişaf edirik"

"Matça pozitiv başladıq. Komanda kimi inkişaf edirik.

Qapıya 15 zərbə endirdik, amma təəssüflər olsun ki, qol vura bilmədik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Serbiyada Belarusla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis Serbiyaya qələbə üçün getdiklərini, amma istəklərinə nail olmadıqlarını bildirib: "Sonda 10 nəfərdə çıxış etmək bizə çətinlik yaratdı".

66 yaşlı mütəxəssis görüşün sonlarında Qismət Alıyevin qırmızı vərəqə aldığını xatırladıb:

"Nəticə baxımından razı qala bilərik. Amma buraya qələbə üçün gəlmişdik. Qarşılaşmanın sonlarında 10 nəfərlə oynamaq çətin oldu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti