"Borcumuzu qaytarmaq istəyirik”.
Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin futbolçusu Ruslan Xadarkeviç bu gün Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.
Ötən il millidəki ilk rəsmi matçına Azərbaycanla görüşdə çıxan forvard həmin vaxtdan xoşagəlməz xatirələrin qaldığını vurğulayıb:
“Çünki 1:2 hesabıyla uduzmuşduq. İlk növbədə, özümüz qarşısında bəraət qazanmaq niyyətindəyik.
Hər halda məğlubiyyət özümüzə təsir göstərir. Burada hər şey yaxşı olsa da, yalnız azarkeşlər çatışmır".
Bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

