"Rəqib indi də eyni sxemlə oynayır”.
Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin futbolçusu Maksim Şvetsov bu gün Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.
O, 2021-ci ildə Minskdə yığmamıza 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşünü xatırladıb:
“Ötənilki oyun döyüşkən alınmışdı. Son dəqiqələrdə qol buraxmışdıq. Halbuki həmin vaxt daha çox təzyiq göstərə bilərdik.
Azərbaycan yığması döyüşkən komandadır. Fikrimcə, bizimlə eyni səviyyədədirlər. Baxacağıq, görək necə alınır".
Bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

