Azərbaycan yığması Belarusa da qalib gələ bilmədi

7 İyun 2022 00:40 Milli komanda 1 377
Azərbaycan yığması Belarusa da qalib gələ bilmədi

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib. Görüşə Azərbaycan komandası daha fəal başlayıb.

9-cu dəqiqədə Emin Mahmudovun zərbəsini qapıçı Pavel Pavlyuçenko dəf edib. 24 yaşlı qolkiper bir dəqiqə sonra Ramil Şeydayevin fərqlənməsinə mane olub.

19-cu dəqiqədə Mahmudovun təhlükəli cərinə zərbəsinin qarşısını da Pavlyuçenko alıb. 27-ci dəqiqədə isə Azər Salahlı qapıçı səddini keçə bilməyib.

Üç dəqiqə sonra Ramil Şeydayev topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. İlk hissənin sonlarında rəqibin bir neçə epizodda fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

İkinci hissənin əvvəlində tərəflər ehtiyatlı oyuna üstünlük veriblər. 59-cu dəqiqədə Renat Dadaşovun yerinə Namik Ələskərov, Şeydayevin yerinə isə Mahir Emreli meydana daxil olub.

65-ci dəqiqədə Maksim Medvedev zədələndiyi üçün yerini Qismət Alıyevə verib. 73-cü dəqiqədə Emin Mahmudovun növbəti dəfə qüvvətli zərbəsini Pavlyuçenko qaytarıb.

84-cü dəqiqədə Qismət Alıyev Qleb Şevçenkoya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya minimal hesabla qalib gəlib - 1:0. 6 xala malik Qazaxıstan seçməsi qrupun lideridir. Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.

Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək.

3-cü qrup

Belarus - Azərbaycan 0:0

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

BELARUS: 12. Pavel Pavlyuçenko, 2. Danila Neçaev, 4. Ruslan Xadarkeviç, 5. Vladislav Malkeviç, 6. Sergey Politeviç, 7. Artem Bıkov, 8. Qleb Şauçenka, 11. Andrey Solovey, 14. Evgeni Yablonski (k), 19. Valeri Baçarou, 20. Zaxar Volkov
Ehtiyat oyunçular: 1. Yegor Xatkeviç, 16. Maksim Plotnikov, 3. Kirill Peçenin, 9. Maks Ebong, 10. Egor Bogomolski, 13. Dmitri Bessmertni, 15. Ruslan Yudenkov, 17. Denis Greçixo, 18. Pavel Sedko, 21. Vladislav Klimoviç, 22. Roman Begunov, 23. Valeri Gromiko
Baş məşqçi: Georgi Kondratiev

AZƏRBAYCAN: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Eddi İsrafilov, 18. Cəlal Hüseynov, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 15. Bəxtiyar Həsənalızadə, 16. Dmitri Nazarov, 17. Coşqun Diniyev, 19. Qismət Alıyev, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev
Baş məşqçi: Canni De Byazi

1

Qazaxıstan

1

1

0

0

2-0

3

2

Slovakiya

1

1

0

0

1-0

3

3

Belarus

1

0

0

1

0-1

0

4

Azərbaycan

1

0

0

1

0-2

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti