"Azərbaycan millisinin müdafiə xətti zəifdir"

6 İyun 2022 20:20 Milli komanda 1 650
"Azərbaycan millisinin müdafiə xətti zəifdir"

"Rəqib komanda müdafiədə müəyyən qədər zəif təsir bağışlayır.

Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir".

Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin futbolçusu Pavel Sedko bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyunu barədə danışarkən deyib.

24 yaşlı yarımmüdafiəçi Azərbaycan seçməsinin ön xətdə yaxşı təsir bağışladığını bildirib:

"Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik".

Rusiyanın "Torpedo" klubunda çıxış edən oyunçu yalnız qələbəyə motivasiya olduqlarını söyləyib:

"Bizim üçün başqa nəticə yoxdur. Bu səbəbdən, yalnız qələbəyə köklənəcəyik. Bütün oyunçuların motivasiyası hədsizdir, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq".

Bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti