Üç futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı

6 İyun 2022 16:20 Milli komanda 3 360
Üç futbolçu Azərbaycan yığmasından kənarlaşdırıldı

Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün "23-lüy"ü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.

Bunlar Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin "Qarabağ"ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur (report).

Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də "23-lük"dən kənarda qalmışdı.

Onunla birlikdə "Qarabağ"ın daha bir cinah oyunçusu Abbas Hüseynov və "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.

Bu gün Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!