Parlaq qələbə parlaq gələcək vəd edirmi? - ŞOK FAKTLAR

6 İyun 2022 17:00 Milli komanda 1 503
Parlaq qələbə parlaq gələcək vəd edirmi? - ŞOK FAKTLAR

Azərbaycan gənclər millisi Avropa çempionatının seçmə mərhələsinin son iki matçında xarüqələr yaradır.

Əslində ,elə görsənir. Estoniya üzərində öncə 3:0 qələbə qazanan Milan Obradoviçin yetirmələri eyni rəqib üzərində səfərdə 5:0 hesablı qələbəyə sevindi.

Düzdü, qələbə hər vaxt qələbədir və şirindir. Qaliblər heç vaxt mühakimə olunmur. İllah da ki, darmadağınla qələbə qazananlar.

Buna görə meydanda mübarizə aparan hər bir futbolçu və məşqçilər korpusu təşəkkürü və alqışı haqq edir.

Amma bu qələbə sabaha yaxşı perespektiv vəd edirmi? Məncə, qəti şəkildə vəd etmir!

İki matçda 8 qol vurub, qapımızı toxunulmaz saxladığımız Estoniya millisinin dünəninə baxanda buna görməmək mümkün deyil.

Təsəvvür edin ki, estonlar sonuncu dəfə rəqib qapısına qolu 2 il əvvəl latviyalı həmyaşıdları oyunda vura bilib - 1:1.

Təsəvvür edin ki, estonlar sonuncu dəfə qələbəni 3 il əvvəl məhz elə latviyalı həmyaşıdları ilə matçda əldə ediblər - 2:1.

Təsəvvür edin ki, estonlar son 3 ildə 10-dan çox matçda 4 və daha çox qol buraxıblar. Təxminən hər iki matçdan birini darmadağın olublar.

Və indi də bu rəqibi 5:0 udan millimizin sabahını təsəvvür edin.

Sizcə, dünəni bu qədər faciəli olan estonlar üzərində qələbələr bizə işıqlı sabah vəd edə bilərmi?

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti