Bu gün mini-futbol üzrə Azərbaycan millisi Avropa çempionatının B qrupunda ikinci oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda İspaniya ilə üz-üzə gələcək.
Matç Bakı vaxtilə 19:00-da start götürəcək.
Millimiz ilk turda Rumıniyaya 0:2 hesabıyla uduzub. İspaniya isə Albaniya ilə 0:0 bərabərə qalıb.
Azərbaycan qrupdakı son oyununu iyunun 7-də Albaniyaya qarşı keçirəcək.

