"Kayrat", "Dinamo" (Minsk), Bakı... Heç bir problem görmürəm"

6 İyun 2022 17:20 Milli komanda 1 211
"Kayrat", "Dinamo" (Minsk), Bakı... Heç bir problem görmürəm"

Qazaxıstanlı futbol veteranı Yusup Şadiyev ölkəsinin milli komandasının hazırki durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, “sports.kz” portalına danışan Şadiyev Millətlər Liqasından gözləntiləri haqda fikirlərini söyləyib:

“Futbolçular uzun müddətdir ki, istirahət edir. Qazaxıstan çempionatında fasilə nə vaxt başlayıb? Mayın 23-də?

Burada qrafik Dünya Kubokunun final mərhələlərində kimi olacaq, oyunlar arasında təxminən eyni fasilələr var. Hər şey qaydasındadır.

Qrupumuzdakı komandalar - Qazaxıstan, Azərbaycan, Belarus təxminən eyni səviyyədədi... Slovakiya isə onlardan bir az fərqlənir,

Almaniya futbolu ilə bağlı olan Çexoslovakiya futbolunu xatırladır. Qalanları isə sovet dövründə olduğu kimi "Kayrat", "Dinamo" (Minsk), Bakı...

Oyun cədvəlində heç bir problem görmürəm. Burada uçuşlar bir az çətinlik törədə bilər, amma ümid edirəm ki, bunun öhdəsindən gələcəklər.

Gözləntilərim? Fikrimcə, millimizin futbolçuları futbol üçün darıxıb. Çoxdandır ki, oynamırlar. İnanıram ki, yaxşı oyun göstərəcəklər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti