"Komandamızın gücü istənilən rəqibə qarşı yaxşı oynamağımıza imkan verir".
Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan U-21 millisinin üzvü Əkbər Vəliyev deyib.
Gənc qapıçı son oyundakı böyük hesablı qələbədən danışıb və heç asan oyun keçmədiyini dilə gətirib:
"Estoniya üzərindən böyük hesabla qələbə qazanmağımıza baxmayaraq ağır oyun keçdi. Oyun nizam-intizamın 90 dəqiqə qoruyub saxlaya bildik. Şükürlər olsun ki, sonda qələbə bizim oldu".
Görüş ərzində minimum 3-4 real qoldan komandamızı xilas edən "bir nömrə" görəsən, sonda baş məşqçidən xüsusi "sağ ol" eşidibmi?
Əkbəri dinləyək: "Öz çıxışımı normal qiymətləndirirəm. Amma qələbədə komandanın böyük əziyyəti oldu. Mənim üzərinə düşən işən qapımızı toxunulmaz saxlamaq idi. Allaha şükürlər olsun ki, verilən tapşırığı yerinə yetirə bildim.
Əlbəttə, tək baş məşqçi yox, bütün komanda belə oyuna görə mənə təşəkkür etdi".
XANOĞLAN

