De Byazi Serbiyada nə vaxt sorğu-suala çəkiləcək?

5 İyun 2022 10:20 Milli komanda 916
De Byazi Serbiyada nə vaxt sorğu-suala çəkiləcək?

UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində keçiriləcək Belarus – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə – iyunun 5-də təşkil olunacaq.

İyunun 6-da Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Azərbaycan milli komandası
Saat 14:00. Mətbuat konfransı
Radisson Hotel, Belqrad
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
“Çukariçki” stadionu

Belarus milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər ikisi – “Karadjordje” stadionu.

Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti