De Byazi Qazaxıstana uduzan futbolçularına deyib ki…

4 İyun 2022 21:20 Milli komanda 2 078
De Byazi Qazaxıstana uduzan futbolçularına deyib ki…

Azərbaycan millisi dünən UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

Canni De Byazinin rəhbərlik etdiyikomanda səfərdə Qazaxıstanla qarşılaşıb.

Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində uğursuz nəticələri ilə azarkeşlər və mətbuat tərəfindən daim tənqid olunan yığmamız Nur-Sultandan uğurlu nəticə ilə ayrılmağı hədəfləmişdi.

Xüsusən də, komandaya müdafiə futbolu oynatdığı üçün tənqid edilən De Byaziyə qələbə çox lazım idi. Əks halda, onun hələ də niyə millinin sükanı arxasında olduğu yenə müzakirə mövzusu olacaqdı.

Bir sözlə, Millətlər Liqasına uğursuz start vermək Azərbaycan millisinin yenidən tənqid edilməsinə, sosial şəbəkədə ələ salınmasına səbəb olacaqdı.

Bu üzdən, Nur-Sultan şəhərindən qələbə ilə ayrılmaq şərt idi. Amma komanda bu görüşdə də 2 cavabsız qolla məğlub olub.

Baxmayaraq ki, AFFA rəhbərliyi milli üzvlərini stimullaşdırmaq üçün əlindən gələni əsirgəməyib.

Qələbəyə 30 min manat mükafat əldə olunub. 1 xala görə vəd edilən məbləğ isə 15 min manatdır.

Qazaxlarla qarşılaşmadan sonra De Byazi oyunçularını tənbeh edib. O, bəxtsizlikdən gileylənib, qaçırılan qol epizodlarına, həmçinin müdafiədə buraxılan səhvlərə görə əksər futbolçulara tənqid yağdırıb.

İtalyan çalışdırıcı qələbə qazanılacağına inandığı matçın məğlubiyyətlə bitməsini uzun müddət unutmayacağını söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti