İlk addımda büdrəyən milli üçün YENİ HƏDƏF hazırdır

5 İyun 2022 19:00 Milli komanda 1 056
İlk addımda büdrəyən milli üçün YENİ HƏDƏF hazırdır

Yenə gündəm Azərbaycan millisidir. Hamı ondan danışır, hamı ondan yazır. Təbii ki, heç də şadlığımızı qeyd etmirik. Son dönəmlər olduğu kimi.

Əsas milli bu dəfə də Qazaxıstanla bacarmadı. İtaliyalı Canni De Byazninin komamdası Astanadan başı aşağı ayrılmağa məcbur oldu.Bəli, Astanadan!

Kimsə düşünə bilər ki, "əşşi siz də elə "Qazaxıstan" deyirsiniz ki, guya biz yönlü gündəyik".

Yox, əsla elə deyil. Bu Qazaxıstan son illərin ən zəifi idi. Bir çox əsas oyunçuları müxtəlif səbəblərdən meydanda yox idi. Elə meydanda yaxaladğımız fürsətlər də məhz həmin yoxluqları unutdurmaq üçün meydana çıxanların ciddi səhvlərindən sonra yarandı. Onu da qola çevirməyi bacarmadıq.

Bizim yığmada isə nə ciddi itki vardı, nə də cəzalı futbolçu. Aşağı-yuxarı ən yaxşılardan cəm olmuş optimal heyət Astanaya aparılmışdı. Bir sözlə, qələbə üçün münbit şərait yaranmışdı.

Amma bu halda belə De Byazi qələbə qazanmağı bacarmadı.

Hələ müqavilə yenilənəndən qarşısına birincilik hədəfi qoyulan italiyan ilk sınaqda büdrədi. Hədəflərdən uzaq düşdü. Bundan sonra yəqin ki, qrup sonuncusu olmamaq üçün mübarizəyə şahidlik edəcəyik.

Bir sözlə, cəmi bircə turdan sonra yığmamız hədəfini dəyişdi. İndi qrup lideri yox, sonuncusu olmamaq mübarizəsinə qoşuldu. Onu da bacarsalar...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti