Yığmada yeni təyinat - De Byazi bu şəxsi köməkçi götürdü

4 İyun 2022 17:00 Milli komanda 1 791
Yığmada yeni təyinat - De Byazi bu şəxsi köməkçi götürdü

Azərbaycan millisinin məşqçilər heyətində dəyişiklik baş verib.

Sporinfo.az xəbər verir ki, köməkçi-məşqçilərdən Klaudio Beluççinin ardından Benito Karbone də istefaya göndərilib.

Əvəzində yığmaya Fabio Qallo təyin olunub. Martda Malta və Latviya ilə yoldaşlıq görüşlərində də məşqçilər skamyasında yer almış Qallonun rəsmi debütü ötən gün Nur-Sultanda Qazaxıstana qarşı UEFA Millətlər Liqasının ilk tur matçına təsadüf edib.

"Astana Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Onun son iş yeri 2021-ci ilin fevralından oktyabrınadək baş məşqçi kimi çalışdığı İtaliyanın "Potentsa" komandası olub.

Hazırda baş məşqçi Canni De Byazinin köməkçiləri Fabio Qallo və Arif Əsədovdur. Bundan əlavə, Kamran Ağayev qapıçılarla iş üzrə məşqçi, Alessandro Skaya isə fitnes məşqçisi kimi çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti