Üç intizamsız futbolçu Azərbaycan millisindən qovuldu

4 İyun 2022 14:00 Milli komanda 2 849
Üç intizamsız futbolçu Azərbaycan millisindən qovuldu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev ("Sumqayıt"), Qurban Səfərov ("Şamaxı") və Elcan Əbilov ("Neftçi") heyətdən kənarlaşdırılıb.

Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar.

Əvəzində "Qəbələ" klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.

U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti