Azərbaycan millisinin məşqçilər heyətində dəyişiklik baş verib.
Sportinfo.az xəbər verir ki, köməkçi-məşqçilərdən Klaudio Beluççinin ardından Benito Karbone də istefaya göndərilib.
Bununla bağlı Karbone şəxsi instaqram hesabında paylaşım edib.
O, yığmada əlamətdar iki ilinin artıq başa çatdığını söyləyərək, AFFA prezidenti Rövnəq Abdullayevə, məşqçilər heyətinə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib:
"Mən burada çox xoşbəxt idim. Sizin sayənizdə mən özümü evimdəki kimi hiss etdim, məmnuniyyət və şərəflə işimi yerinə yetirdim. Sizinlə vidalaşır və karyeramın növbəti mərhələsini səbirsizliklə gözləyirəm".

