Eh, milli komandamız nə gündədir… VİDEO+FOTOREPORTAJ

4 İyun 2022 09:20 Milli komanda 1 267
Eh, milli komandamız nə gündədir… VİDEO+FOTOREPORTAJ

Azərbaycan yığması Millətlər Liqasının 2022/23 mövsümündə mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki, C liqasının III qrupunda yer alan Canni de Byazinin kollektivi turnirə səfər matçı ilə başlayıb.

Millimiz Nur-Sultandakı “Astana Arena”da Qazaxıstanın qonağı olub. Birinci hissə komandamızın aşkar üstünlüyü şəraitində keçsə də, futbolçularımız ələ düşən qol fürsətlərindən yararlana bilməyib.

Bunun əksinə, meydan sahibləri fasilədən dərhal sonra 10 dəqiqə ərzində iki qolla önə keçib. Qalan yarım saatlıq dönəmdə hücumda heç bir varlıq göstərə bilməyən yığmamız 0:2 hesablı məğlubiyyətlə barışmalı olub.

Azərbaycan millisi qrupda növbəti oyununu iyunun 6-da Serbiyada Belarusa qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti