Qurban Qurbanovun oğlu və dostları Estoniyanı "bir-birinə qatdı" - VİDEO

4 İyun 2022 09:00 Milli komanda 1 544
Qurban Qurbanovun oğlu və dostları Estoniyanı "bir-birinə qatdı" - VİDEO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.

Azərbaycan A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.

Estoniya – Azərbaycan 0:5
Qollar: M.Qurbanlı, 3; 33. R.Abdullazadə, 49-pen. C.Nuriyev, 50. İ.Zülfüqarlı, 84.
Baş hakim: Robert İan Jenkins (Uels).
Parnu. “Parnu Rannastaadion”.

Estoniya: 1. Karl Kaiser Kiidyarv, 2. Kristo Hussar, 3. Kristoffer Qrauberq Lepik, 4. Sander Aleks Liit, 6. Kristyan Pelt, 7. Robi Saarma, 8. Mihkel Yarviste (k), 10. Henri Valya, 16. Rocco Shein, 17. Mixael Şyonning-Larsen, 18. Markus Allast.
Ehtiyat oyunçular: 12. Kaur Kivila, 5. Kaspar Laur, 9. Danil Kuraksin, 13. Otto-Robert Lipp, 14. Rasmus Saar, 15. Artur Şarnin, 19. Daniil Petrunin, 20. Oliver Rass, 21. Joonas Soomre.
Baş məşqçi: Roman Kojuxovski.
Azərbaycan: 12. Əkpər Vəliyev, 2. Zamiq Əliyev, 4. Nihad Quliyev, 5. Rauf Hüseynli (k), 7. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Ceyhun Nuriyev, 16. Ədilxan Qarəhmədov, 17. Rüfət Abdullazadə, 19. Rüstəm Əhmədzadə.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 3. Arsen Ağcabəyov, 6. İldar Ələkpərov, 8. Səbuhi Abdullazadə, 14. Fərid Yusifli, 18. Abdullah Xaybullayev, 20. Rauf Əhmədov, 21. İsmayıl Sülfüqarlı, 23. Emil Səfərov.
Baş məşqçi: Milan Obradoviç.

Xal durumu: Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 7, Estoniya – 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti