"Azərbaycan millisinin baş məşqçisi oyundan qabaq da çox şey danışırdı, indi də"

4 İyun 2022 00:30 Milli komanda 835
"Azərbaycan millisinin baş məşqçisi oyundan qabaq da çox şey danışırdı, indi də"

Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasında Azərbaycan yığması üzərində qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis komandasının 2:0 hesablı qalibiyyəti barədə bu cür danışıb:

- Oyunun ilk dəqiqələri pis deyildi. İlk 25 dəqiqə pis görünmürdük. Amma bundan sonra rəqib mərkəzdə üstünlüyü ələ keçirdi. İkinci yarıda da yaxşı idik. Orazovun meydana daxil olması öz rolunu oynadı, üstünlüyü ələ keçirdik, qol epizodları yaratdıq, qollar vurduq. İkinci yarını aktivimizə yazmaq olar.

- Azərbaycan millisinin baş məşqçisi deyib ki, Qazaxıstanın bəxti gətirdi. Razısız?
- Azərbaycan millisinin baş məşqçisi çox danışır. Oyundan qabaq da çox şey danışırdı, indi də davam edir. Biz daha az danışıb, daha çox iş görmək istəyən milliyik. Bununla bağlı nəsə əlavə etmək istəmirəm.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti