"Azərbaycanın yığmasının baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb çox iş görürük. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur".
Sportinfo.az xəbər verir ki, bunları Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adıyev Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında Canni De Byazinin "şans amili də öz rolunu oynadı" ifadəsinə münasibət bildirərkən deyib.
45 yaşlı mütəxəssis ikinci yarıda yaxşı çıxış etdiklərini söyləyib: "İlk 25 dəqiqədə yaxşı oyun sərgilədik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı".
Rusiyalı baş məşqçi oyunun məzmunundan tam razı qalmadığını vurğulayıb.

