Abdullayev yığma üzvlərinə səsləndi - "QARDAŞLAR...”

3 İyun 2022 16:00 Milli komanda 1 973
Abdullayev yığma üzvlərinə səsləndi - "QARDAŞLAR...”

Canni de Byazi nədənsə bu dəfəki toplanışa Araz Abdullayevi dəvət etmədi.

AFFA-dakıların sevimli futbolçusu hətta aylarla futbolsuz qaldığı dönəmlərdə belə, daim yığmanın sıralarında olurdu ki, bu da kənardan baxanlarda ikrah doğururdu.

İndi milli üzvlərinin ağır mövsümün ardından yığmanın qarşıdakı 4 oyununa hazırlaşdığı vaxtda Araz yayın dadını çıxarır, ara-sıra sosial şəbəkə hesablarında paylaşım edir.

Abdullayevin sonuncu paylaşımı milliylə bağlı olub. O, Qazaxıstan – Azərbaycan qarşılaşmasının afişasını paylaşaraq ingilis dilində “uğurlar, qardaşlar” yazıb.

Nur-Sultan şəhərindəki “Astana Arena”da baş tutacaq Qazaxıstan – Azərbaycan qarşılaşmasa bu gün axşam saat 18:00-dastart götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti