UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda keçiriləcək Belarus - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.
İyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Azərbaycan yığması bu gün Qazaxıstanın qonağı olacaq, Belarus seçməsi isə Slovakiya kollektivini qəbul edəcək.

