"İlk oyunlar hər zaman ağır olur".
Bunu Sportinfo.az-a açıqlamasında bu gün UEFA Millətlər Liqasında Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisinin oyunu barədə danışan Emin İmaməliyev deyib.
Sabiq milli üzvü yığmanın qələbə şanslarını yüksək qiymətləndirib:
"Buna baxmayaraq, milli komandaya inamımız tamdır. İnanırıq ki, bu gün milli komandamız meydandan 3 xalla ayrılacaq və növbəti oyuna yüksək əhval-ruhiyyə ilə gedəcəklər. Uğurlar arzu edirəm və yalnız qələbə gözləyirik"
De Byazi ilə müqavilə yenilənəndə onun qarşısına Millətlər Liqasında qrup lideri olması tapşırığı qoyulduğu açıqlanmışdı. Bu gün mümkün xal itkisi həmin hədəf yolunda ciddi itki və ya həmin hədəf 90 dəqiqə futbolçular üzərində əlavə təzyiq yaratmış ola bilərmi?
Emin bəy sualımıza cavab olaraq bunları dilə gətirib :"Buna inanmıram. Mənə elə gəlir ki, bütün komanda bu dəfə çox ciddi hazırlaşıb.
Düzdür, futbolda proqnoz vermək çətindir. Amma bugünkü oyunda xal itkisinə mən inanmıram".
XANOĞLAN

