"Sabahkı matçda yaxşı nəticə əldə etməyə çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Ashat Tağıbergen evdə Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.
Azərbaycanla tez-tez qarşılaşdıqlarını xatırladan 32 yaşlı yarımmüdafiəçi sabahkı qarşılaşmaya tam hazır olduqlarını söyləyib.
İyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

