"Qazaxıstan yaxşı millidir, amma..."

2 İyun 2022 23:20 Milli komanda 921
"Qazaxıstan yaxşı millidir, amma..."

Azərbaycan millisi sabah Millətlər Liqasında ilk matçına çıxacaq. Qazaxıstan yığması ilə keçiriləcək qarşılaşma səfərdə baş tutacaq.

Millimizin sabiq üzvü Rəşad Abdullayev matçla bağlı gözləntilərini Sportinfo.az-a açıqlamasında dilə gətirib:

"Komandamız Millətlər Liqasında ilk matçına çıxır. Rəqibimiz Qazaxıstandır. Səfərdə oynamağımıza baxmayaraq, çox istərdik ki, futbolçularımız qarşılaşmadan yaxşı oyun və yaxşı nəticə ilə ayrılsın. Düzdü, rəqib yaxşı millidir, amma oynaya biləcəyimizi düşünürəm. Yəqin ki, yığmamız sonda qalib tərəf olar. Hamımız buna ümid edirik".

Abdullayev hazırda ən optimal heyətin millidə cəm olduğunu və qələbə üçün maneə olmadığınə sözlərinə əlavə edib: "Bu gün üçün üzdə olan legioner və yerli futbolçuların hamısının adın siyahıda gördüm. Məncə, ən optimal heyətimizdir. Heyətlə bağlı problem olmamalıdır".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti