Millimizdən danışdı, "Liverpul" və "Real”ı nümuə çəkdi

2 İyun 2022 19:20 Milli komanda 627
Millimizdən danışdı, "Liverpul" və "Real”ı nümuə çəkdi

"Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir.

Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev evdə Azərbaycan yığmasına qarşı UEFA Millətlər Liqasının I tur matçından əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis iyunda 4 qarşılaşma keçirəcəklərini xatırladıb:

"Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq.

Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq".

Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib:

"Real" və "Liverpul" arasındakı Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən.

Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. "Liverpul" - "Real Madrid" matçı bunun bariz nümunəsidir".

İyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti