Millimizdə nələr olacaq? - "Bunu sabah biləcəksiz”

2 İyun 2022 16:20 Milli komanda 1 111
Millimizdə nələr olacaq? - "Bunu sabah biləcəksiz”

"İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdəkindən fərqli olacaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti müəyyənləşdirdiyini söyləsə də, indi bunu açıqlaya bilməyəcəyini əlavə edib:

"Bunu sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.

İtaliyalı baş məşqçi yığmanın Qazaxıstan, Slovakiya və Belarusla birlikdə yer aldığı C Liqasının III qrupu haqqında da danışıb:

“Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq.

De Byazi düşündüyü bütün oyunçuları növbəti görüşlər üçün komandaya cəlb etdiyini vurğulayıb: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir".

Baş məşqçi heyətdə itkinin olmadığını sözlərinə əlavə edib: "İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir".

İyunun 3-də keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti