Azərbaycan yığmasının oyununda söz sahibləri - Uelsdən

2 İyun 2022 03:50 Milli komanda 1 272
Azərbaycan yığmasının oyununda söz sahibləri - Uelsdən

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oyunu Uelsdən olan Robert İan Jenkins idarə edəcək.

Ona həmyerliləri İan David Bird və Aşley Davis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Aleks Mcinch yerinə yetirəcək.

İyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti