Millimizi ciddiyə almadı: "Bizi dörd oyundan neçə xal razı salacaq? 12"

2 İyun 2022 03:30 Milli komanda 871
Millimizi ciddiyə almadı: "Bizi dörd oyundan neçə xal razı salacaq? 12"

Slovakiya millisinin müdafiəçisi Yuray Hvatal Millətlər Liqasının Belarus, Qazaxıstan və Azərbaycana qarşı keçiriləcək oyunları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, yerli federasiyaya açıqlama verən futbolçu yalnız qələbə qazanmaq haqda düşündüklərini deyib:

"Azərbaycan millisilə bağlı məlumatım azdı. Ümumiyyətlə, digər rəqibləri də çox tanımıram. Məşqçilər korpusu mütləq ki, bizim üçün videoanalizlər edəcək.

Bu səviyyədə oynanılan oyunlarda zəif komandalar olmur. Bizim özümüzə gəldikdə, yaxşı hazırlaşaraq qələbələr qazanmalıyıq. Dörd oyundan sonra bizi neçə xal razı salacaq? Biz 12 xal götürməliyik".

Azərbaycan - Slovakiya matçı iyunun 10-da "Dalğa Arena"da keçirləcək və 20:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti