DEDİ: “Azərbaycan millisi bizimlə bərabər səviyyədədir”

1 İyun 2022 15:00 Milli komanda 897
DEDİ: “Azərbaycan millisi bizimlə bərabər səviyyədədir”

Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Millətlər Liqasında rəqibləri olan Azərbaycan, Qazaxıstan və Slovakiya komandaları barədə fikirlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis deyib:

“Qazaxlar və azərbaycanlılar bizim komanda ilə bərabər səviyyədədir. Bu komandaların görüşündə yaxşı hazırlıq keçən,

hücumda öz imkanlarından lazımınca istifadə edən və müdafiədə səhv buraxmayan qalib gələcək. Ona görə də biz müdafiədə diqqətli olmalı və qol imkanlarımızdan istifadə etməliyik.

Onda hər şey qaydasında olacaq. Slovakiya ilə ilk oyunumuzdan da çox şey asılıdır.

Əgər bu matçı uğurlu keçirsək, növbəti oyunlarda yaxşı şansımız olacaq. Slovakiya bizim qrupun favoritidir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti