Azərbaycan millisinin Qazaxıstan planı... AÇIQLANDI

1 İyun 2022 02:00 Milli komanda 1 264
Azərbaycan millisinin Qazaxıstan planı... AÇIQLANDI

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Qazaxıstanla oyun üçün səfər proqramı bəlli olub.

Sportinfo.az xəbər verir ki, komanda iyunun 1-də saat 14:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Nur-Sultana yola düşəcək.

Komanda qonşu ölkə paytaxtındakı "Sheraton" otelində qalacaq. Baş məşqçi Canni De Byazi iyunun 2-də mətbuat konfransı keçirəcək və komandanın açıq məşqi olacaq.

Milli oyundan sonra Belarusla qarşılaşma üçün Serbiyaya yollanacaq.

Azərbaycan iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, bundan 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq.

Yığma iyunun 10-da Slovakiyanı, iyunun 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti