"Məşqçilər korpusu əsas diqqəti əvvəlki matçlarda buraxdığımız səhvlərə yönəldib.
Ümid edirəm ki, gələcəkdə belə səhvlərə yol verməyəcəyik və ilk görüşümüzdə qalib gələcəyik".
Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Nuralı Alip UEFA Millətlər Liqasının I turunda Azərbaycan qarşı keçirəcəkləri oyundan əvvəl "Sports.kz" saytına müsahibəsində deyib.
23 yaşlı müdafiəçi Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib:
"Onların heyətində yaxşı xarici klublarda çıxış edən oyunçular var. Heç kimi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, son döyüş kimi köklənmək lazımdır".
Qazaxıstan Millətlər Liqasındakı ilk oyununu Azərbaycana qarşı keçirəcək. İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Komanda iyunun 6-da və iyunun 10-da müvafiq olaraq Slovakiya və Belarusun qonağı olacaq, üç gün sonra isə Slovakiyanı qəbul edəcək.

