Azərbaycan millisi UEFA Millətlər Liqasında starta hazırlaşır.
Ölkə çempionatı və kubok mübarizəsi başa çatandan sonra Canni de Byazinin sərəncamına yollanan futbolçular yaxın günlərdə Bakını bir həftəlik tərk edəcək.
Sportinfo.az AFFA-nın mətbuat katibi Firuz Abdulladan aldığı məlumat əsasında xəbər verir ki, yığma Qazaxıstanla oyun üçün səfərə 2 gün əvvəldən yollanacaq.
Belə ki, səfər iyunun 1-i, saat 14:15-ə çarter reysli təyyarə ilə nəzərdə tutulub. Bakıdan Nur-Sultana yollanacaq Azərbaycan millisi şəhərin dəbdəbəli otellərindən olan “Sheraton”da məskunlaşacaq.
Komandaların mətbuat üçün açıq məşqi və baş məşqçilərin mətbuat konfranslarının başlama saatı haqda iyunun 1-nə qədər məlumat veriləcək.
Milli Qazaxıstanla matçdan dərhal sonra Belarusla oyun üçün birbaşa Serbiyaya yola düşəcək.
Ölkənin bir nömrəli futbol komandası iyunun 3-də Qazaxıstan, 6-da Belarusla qarşılacaq. Sonrakı 2 oyun Bakıda baş tutacaq. Ayın 10-dakı rəqib Slovakiya, 13-dəki Belarus olacaq.
HƏBİB

