"Qarabağ"ın futbolçusu Filip Ozobiçin Azərbaycan millisinə dəvət almamasının səbəbi bəlli olub.
Sportinfo.az xəbər verir ki, Xorvatiya əsilli yarımmüdafiəçi ayağındakı ağrılara görə yığmaya çağırılmayıb.
Zədədən əziyyət çəkən 31 yaşlı oyunçu məşqçilər heyətinə UEFA Millətlər Liqasının iyundakı oyunlarında yığmaya kömək edə bilməyəcəyini söyləyib.
Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarusun qonağı olacaq.
Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.

