"İkiniz də Azərbaycan millisində oynaya bilərsiz?" - FOTO

30 May 2022 09:00 Milli komanda 1 840
"İkiniz də Azərbaycan millisində oynaya bilərsiz?" - FOTO

“SKA Xabarovsk”un hücumçusu Kamran Əliyev instaqram səhifəsində David Qarayevlə fotosunu paylaşıb.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu komanda yoldaşı ilə fotosuna Azərbaycan bayrağını da yerləşdirib.

Qarayev Əliyevin paylaşımı ilə bağlı saytımıza açıqlama verib (sportal.az). “Paylaşımı görmüşəm. O, demək istəyir ki, ikimiz də azərbaycanlıyıq”.

Qarayev, “Əliyev demək istəyir ki, ikiniz də Azərbaycan millisində oynaya bilərsiniz?” sualına isə belə cavab verib: “Hər şey yaxşı olacaq. Sadəcə gözləmək lazımdı”.

Kamran Əliyev Azərbaycanın u-20 yığmasında oynayıb. Qarayev isə Azərbaycanın U-18 yığmasında forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti