İstedadlı qapıçıdan De Byazinin qərarına REAKSİYA

28 May 2022 23:40 Milli komanda 1 252
İstedadlı qapıçıdan De Byazinin qərarına REAKSİYA

Başa çatan mövsüm Premyer Liqanın parlayan simalarından biri də "Sabah"ın qapıçısı Yusif İmanov oldu.

Çempionatın son dövrəsini Masazır təmsilçisinin qapısını qoruyan 19 yaşlı kiper inamlı çıxışı ilə həm baş məşqçi Murad Musayevin ümidlərini doğrultmuş oldu, həm də yeni istedadın parlamaqda olmasının siqnallarını vermiş oldu.

Əbəs deyil ki, İmanov Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlara üçün çağrılan heyətdə olmaması təəccüb yaratdı. Ki, dəvət alan digər qapıçılardan fərqli olara son oyunlar davamlı oynayan və daha parlaq çıxış edən Yusif idi.

Əvəzində qolkiper yenidən U-21 millisinin heyətinə qoşulmalı oldu.

Amma Sportinfo.az-a açıqlamasında gənc "çərçivə qoruyucusu" əsas milliyə dəvət almadğı üçün heç də üzülmədiyini dilə gətirib:

"Əsas və ya gənclər millisi olmasından asılı olmayaraq, milli komandada çıxış etmək hər bir futbolçu üçün fəxrdir.

U-21 millimizə dəvət aldığıma görə şadam. Əlimdən gələni edəcəm ki, komandaya faydalı olum".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti