Qazaxıstan millisi UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycana qarşı keçirəcəyi ev oyununun hazırlıqlarına başlayıb.
Sportinfo.az xəbər verir ki, "Astana Arena"da baş tutan ilk məşqdə yığmanın qapıçısı Stas Pokatilov iştirak etməyib.
"Aktobe"nin formasını geyinən 30 yaşlı qolkiper ailə məsələsinə görə heyətdən çıxarılıb.
Rusiya "Zenit"ində çıxış edən Nuralı Alip isə komandaya mayın 29-da qoşulacaq.
İyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

