Əndərabadi Byazi

25 May 2022 23:00 Milli komanda 1 009
Əndərabadi Byazi

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün ilkin olaraq hələlik 15 futbolçuya dəvət göndərilib.

Heyətdə daha çox diqqət çəkən qapı mövqeyidir. Dəvət alan hər üç qapıçı da son dönəmlər klublarında gününü ehtiyatda keçirənlərdir.

Qazaxıstan "Turan"ında çıxış edən Emil Balayev son 3 ayda cəmi 1 matçda oynamaq fürsəti qazanıb. Legioner futbolçumuz bir müddət zədədən əziyyət çəkibsə, sonrakı dönəmdə isə yeni baş məşqçi ona güvənməyib.

Digər qolkiper müqavilə ilə "Neftçi"yə məxsus olan, amma qışdan sonra "Səbail"də çıxış edən Rəşad Əzizlidir. O isə son 4 matçda cəmi 36 dəqiqə meydanda olub və zədədən yeni qayıdıb.

Digər təcrübəli sima isə Səlahət Ağayevdir. Heç də pis mövsüm keçirməyən qolkiper sadəcə son turlar limit üzündən ehtiyatda oturmalı olub.

Belə ki, "Sabah"ı çalışdırıcısı Murad Musayev limitə uyğun gələn gənc Yusif İmanova şans verməklə daha çox təcrübəli sahə oyunçuları oynatmağa üstünlük verib.

İnsafən, pis də alınmayıb. Yaxşı performansla Musayevin ümidlərini doğruldan İmanov komandanın son 9 matçından 8-də qapını qoruyub. Məğlubiyyət yaşamayan qolkiperin komandası 5 qələbəyə sevinib. Qələbələrədən üçü "quru oyun"la gerçəkləşib.

Əslində milli komanda üçün seçimlər hazırkı duruma görə aparılır. Əgər heyət açıqlanan ərəfədə kim güclüdürsə, o da dəvət almalıdır. Amma göründüyü kimi, dəvət daha çox haqq edən və böyük gələcəyi görünən İmanov gənclər millisinə, günü zədələrlə və ehtiyatda keçənlər isə əsas milliyə çağrılıb. Bu da baş məşqçi Canni De Biyazinin əndərabadi qərarlarından növbətisi.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti