İki hücumçu tapdılar - Hamısı bu siyahıda var

21 May 2022 11:00 Milli komanda 1 171
İki hücumçu tapdılar - Hamısı bu siyahıda var

Belarus yığmasının UEFA Millətlər Liqasında Slovakiya, Azərbaycan və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev 27 futbolçuya dəvət göndərib.

Onların 3-ü qapıçı, 10-ü müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si isə hücumçudur.

Qapıçılar: Yeqor Xatkeviç ("Dinamo-Minsk"), Pavel Pavlyuçenko ("Termalitsa", Polşa), Maksim Plotnikov ("Şaxtyor", Soliqorsk)

Müdafiəçilər: Denis Polyakov ("Astana", Qazaxıstan), Sergey Politeviç, Qleb Şevçenko, Ruslan Xadarkeviç (hamısı "Şaxtyor", Soliqorsk), Maksim Şvetsov, Roman Bequnov (hər ikisi "Dinamo-Minsk", Kirill Peçenin ("Orenburq", Rusiya), Ruslan Yudenkov ("Maktaaral", Qazaxıstan), Zaxar Volkov ("Ximki", Rusiya), Danila Neçayev (BATE)

Yarımmüdafiəçilər: Vladislav Klimoviç ("Dyirmot", Macarıstan), Yevgeni Yablonski ("Aris", Kipr), Maks Ebonq ("Astana", Qazaxıstan), Artyom Bıkov, Denis Qreçixo (hər ikisi "Dinamo-Minsk") Dmitri Podstrelov ("Şaxtyor", Soliqorsk), Pavel Sedko (" Torpedo", Rusiya), Aleksandr Selyava ("Rostov", Rusiya), Dmitri Bessmertni, Valeri Qromıko, Valeri Boçerov, Vladislav Malkeviç (hamısı BATE)

Hücumçular: İvan Bahar ("Dinamo-Minsk"), Andrey Solovey ("Şaxtyor", Soliqorsk)

Belarus ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək.

3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Digər Xəbərlər
Xəbər Lenti